Cerrardın yeni iş yeri rəsmən məlum oldu

Cerrardın yeni iş yeri rəsmən məlum oldu
XƏBƏR 28 Aprel 2017 / 00:33 3757
-  A +

“Liverpul”un sabiq kapitanı Stiven Cerrardın yeni iş yeri rəsmən müəyyənləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, yeni mövsümdən etibarən veteran futbolçu "Liverpul”un U-18 komandasının baş məşqçisi olacaq. Məlumatı klubdan rəsmən təsdiqləyib.

Son olaraq “Los-Anceles Qelaksi”də çıxış edən Cerrard ötən ilin noyabrında futbolçu karyerasını başa vurub. Bundan sonra o, doğma klubuna qayıdıb.

Son xəbərlər