"Barselona" Messiyə borcludur" - Luis Enrike

"Barselona" Messiyə borcludur" - Luis Enrike
DÜNYA FUTBOLU 24 Aprel 2017 / 10:11 5090
-  A +

"Messi futbol tarixinin ən yaxşı futbolçusudur. O, həmişə həlledici vaxtlarda mükəmməl oynayır. "Barselona" forması ilə 500-cü qolunu vurdu. "Barselona" möhtəşəm klubdur, amma tarixinin bir qismini Messiyə borcludur".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike La Liqanın 32-ci turunda "Real"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, hər iki komandanın qələbə üçün oynadığını bildirib:

"Kimsə "Real"ın ən güclü komanda olmağına şübhə ilə yanaşa bilməz. Matç hər cür nəticə ilə bitə bilərdi. Qarşılaşma ərzində yaxşı müdafiə olunurduq. Heç-heçəyə hazır idik. Son dəqiqədə qol vurmaq gözəl hissdir".


Son xəbərlər