“Barselona”ya qələbə üçün “Santyaqo Bernabeu”dan gözəl yer yoxdur” - Enrike

“Barselona”ya qələbə üçün “Santyaqo Bernabeu”dan gözəl yer yoxdur” - Enrike
DÜNYA FUTBOLU 22 Aprel 2017 / 16:24 6040
-  A +

“Barselona”nın baş məşqçisi Luis Enrike sabah Madriddə “Real”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, o bildirib ki, komandası öz oyun üslubuna sadiq qalmalı və faydalı hərəkət etməlidir:

“Barselona”ya qələbə üçün “Santyaqo Bernabeu”dan gözəl yer yoxdur. Bu, həlledici matçdır. Bu oyun çempionatən taleyini həll də bilər, qapıları açıq saxlaya da. Bizim üçün, bu final matçıdır”.

Xatırladaq ki, “Real” – “Barselona” oyunu sabah Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

Hazırda “Real” 31 oyundan 75 xalla 1-ci, “Barselona” 32 oyundan 72 xalla 2-ci yeri tutur.


Son xəbərlər