"Beşiktaş"ın futbolçusu Avroliqanın ən yaxşısı seçildi

"Beşiktaş"ın futbolçusu Avroliqanın ən yaxşısı seçildi
XƏBƏR 21 Aprel 2017 / 18:06 3282
-  A +

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu məlum olub.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən "Beşiktaş"ın futbolçusu Anderson Taliska ən yaxşı oyunçu seçilib.

Brazilyalı yarımmüdafiəçi ümumi səslərin 53 faizini toplayıb.

Qeyd edək ki, A. Taliska  "Beşiktaş”– "Lion” (2:1) matçında komandasının hər iki qolunu vurub.


Son xəbərlər