Futbolçular döyüldü, oyun yarımçıq dayandırıldı - Video

Futbolçular döyüldü, oyun yarımçıq dayandırıldı -  Video
VİDEO 17 Aprel 2017 / 11:03 2846
-  A +

Fransanın “Lion” klubu növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Qol.az-ın məlumatına görə, Fransa Liqasının XXXIII turunda keçirilən “Bastiya” – “Lion”  matçı yarımçıq qalıb.

Buna meydan sahibi azarkeşlərinin qonaq komandanın futbolçularına hücum çəkməsi səbə olub.

Belə ki, qarşılaşmadan 50-yə yaxın “Bastiya” azarkeşi meydana daxil olaraq, öncə isinmə hərəkətləri edən “Lion” futbolçularına hücum edib. Təhlükəsizlik xidməti əməkdaşlarının müdaxiləsindən sonra ara bir qədər sakitləşib. Ancaq matçın fasiləsində stadion işçilərindən biri ilə “Lion”lu futbolçu dava edib. Nəticədə fanatlar növbəti dəfə meydana giriblər. Baş hakim Amauri Delerue isə matçı yarımçıq dayandırmaq qərarına gəlib.

Fransa Futbol Federasiyasının sərt qərarlar qəbul edəcəyi gözlənilir.

Xatırladaq ki, Avropa Liqası çərçivəsində keçirilən "Lion" - "Beşiktaş" matçında da fransız fanatlar meydana daxil olmuşdu.



Son xəbərlər