"Meydanda özümüzü göstərməliyik" - Rahid Əmirquliyev

"Meydanda özümüzü göstərməliyik" - Rahid Əmirquliyev
XƏBƏR 25 Mart 2017 / 20:22 3102
-  A +

"Son dünya çempionuna qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Çox yaxşı hazırlaşmışıq. Meydana çıxıb öz futbolumuzu oynamağa çalışacağıq. Çox danışmağa ehtiyac yoxdur. Sabah meydanda özümüzü göstərməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsində Almaniya yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, sabahkı matçda azarkeşin çox olmasının əlavə stimul olacağını bildirib: "Azarkeş 12-ci oyunçudur. Almaniya belə atmosferdə oynamağa öyrəşib. Ona görə də onlara çətin olmayacaq. Bizim üçün isə stimuldur".

Daha çox


Son xəbərlər