"Avropada ən yaxşı hücum edən komanda bizik"

"Avropada ən yaxşı hücum edən komanda bizik"
DÜNYA FUTBOLU 16 Mart 2017 / 10:58 4905
-  A +

"Oyundan əvvəl bir çox insan Falkaonun yoxluğunda növbəti mərhələyə yüksələcəyimizi mümkünsüz hesab edirdi.  1/4 finala yüksəldiyimiz üçün xoşbəxtəm. Bir məşqçi kimi ən gözəl anlarımdan biridir. Ümid edirəm ki, turnirdə mübarizəni davam etdirəcəyik".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun baş məşqçisi  Leonardo Jardim Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib.

O, nəticənin ədalətli olduğunu bildirib: "Rəqibin topla oynamağına imkan yaratmadıq. Bütün qarşılaşma ərzində yüksək tempdə oynaamq mümkünsüzdür. Nəticə ədalətli idi. Hər iki oyunda da biz daha yaxşı oynadıq".

L.Jardim Avropada ən yaxşı hücum edən komanda olduqlarını iddia edib: "Mançester Siti"ni mübarizədən kənarlaşdırmaq asan deyil.  Avropada ən yaxşı hücum edən komanda bizik".


Son xəbərlər