Bülənt Qorxmaz «Barselona» modelindən imtina edib

Bülənt Qorxmaz «Barselona» modelindən imtina edib
DÜNYA FUTBOLU 1 Mart 2010 / 11:01 2383
-  A +

İstanbulun «Qalatasaray» klubunun prezidenti Adnan Polat komandasına «Barselona» modeli tədbiq etmək üçün işə başlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Qalatasaray»ın əfsanəvi futbolçularından olmuş Tuqay Kərimoğlunun «Cim-Bom»un aşağı yaş qruplarından ibarət komandalarına rəhbər gətirilməsi də məhz bu məqsədə xidmət edir. Adnan Polat uşaq futbolunun inkişafına böyük önəm verdiklərini deyib. Onun fikrincə, komandada bu iş peşəkar səviyyədə qurulub və bu işdə İspaniyanın «Barselona» klubunun modeli tədbiq edilir: «Tuqay Kərimoğlu komandaya bu məqsədlə gətirilib».
Adnan Polat hələ iki il əvvəl bu vəzifəni hazırda «Bakı» klubunun baş məşqçisi işləyən Bülənt Qorxmaza təklif etdiyini söyləyib: «Lakin onunla apardığım uzunmmüddətli danışıqlar nəticə vermədi. Nə qədər çalışsam da, Bülənti razı sala bilmədim».


Son xəbərlər