"Balotellinin dilini kəsəcəm"

"Balotellinin dilini kəsəcəm"
XƏBƏR 25 Fevral 2017 / 01:15 4766
-  A +

Fransanın “Nitsa” klubunun futbolçusu Mario Balotellinin “Loryan”la oyunda hakimə söydüyü üçün qırmızı vərəqə alaraq meydanda qovulması onun meneceri Mina Rayolanı da özündən çıxarıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, italiyalı hücumçunun bu intizamsızlığının qarşısını almağın yolunu bildiyini deyib:

“Qərarımı vermişəm. Onun dilini kəsəcəm. Onsuz da futbolda dilə ehtiyac yoxdur. O, böyük səhv etdiyini anlayır və deməyə sözü yoxdur”.

Qeyd edək ki, bu mövsüm 14 oyuna 9 qol vuran Balotelli 3 dəfə meydandan qovulub..

Daha çox


Son xəbərlər