"Qəbələ"nin futbolçusu əməliyyat olundu

"Qəbələ"nin futbolçusu əməliyyat olundu
XƏBƏR 23 Fevral 2017 / 18:45 2995
-  A +

"Qəbələ" klubunun futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.
 
Qol.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Qeyd edək ki, Elvin Camalov fevralın 12-də Topaz Premyer Liqasının XVIII turunda "Zirə” ilə  keçirilən oyunda zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.


Daha çox


Son xəbərlər