“Seltik”in hücumçusu “Bavariya”nın hədəfində

“Seltik”in hücumçusu “Bavariya”nın hədəfində
XƏBƏR 23 Fevral 2017 / 01:16 2971
-  A +

“Seltik”in hücumçusu Mussa Dembele “Bavariya”nın maraq dairəsinə düşüb.

Qol.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Münhen klubu 20 yaşlı forvar üçün 35 milyon avro ödəməyə hazırdı. Lakin Dembelenin yeganə müştərisi “Bavariya” deyil.

“Real” və “Mançester Siti” də fransız forvardla maraqlanır. Qış transfer pəncərəsi zaman “Çelsi” və “Seltik” Dembeleni transfer etmək istəsə də, “Seltik” 40 milyon funt tələb etmişdi.

Qeyd edək ki, Dembele cari mövsüm 41 oyunda 27 qol vurub.

Daha çox


Son xəbərlər