“İstəsələr, bizə milyon qol vurarlar” - Qvardiola

“İstəsələr, bizə milyon qol vurarlar” -  Qvardiola
XƏBƏR 22 Fevral 2017 / 17:20 3741
-  A +

"Rəqibin əks-hücumlarının qarşısını almaq çox çətin idi. İstəsələr, bizə milyon qol vurarlar”.

Qol.az-ın xəbərinə görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8  finalında “Monako” ilə keçirilən ilk oyundan sonra deyib.

İspaniyalı mütəxəssis 5:3 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, komandaların mərhələ adlamaq şansının bərabər olduğunu bildirib:

“Cavab matçında daha yaxşı oyun sərgiləməliyik. Ən böyük hədəfimiz qol vurmaqdı. Mərhələ adlamaq şanslarını bərabər hesab edirəm. Əlbəttə, 5:3 hesablı qələbədən məmnunam, amma arxayınlaşa bilmərik".

Daha çox


Son xəbərlər