"Sevilya" baş məşqçisi ilə müqaviləni uzadır

"Sevilya" baş məşqçisi ilə müqaviləni uzadır
XƏBƏR 21 Fevral 2017 / 17:45 1669
-  A +

İspaniyanın "Sevilya" klubu baş məşqçisi Jorje Sampaoli ilə müqaviləni yeniləmək qərarına gəlib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun prezidenti Xose Kastro yerli mətbuata açıqlamasında məlumat verib.

O bildirib ki, argentinalı çalışdırıcının 2018-ci ildə başa çatacaq müqaviləsini daha bir il uzatmaq fikrindədilər: "Sampaolinin komandada qalmasını istəyirik. Kollektivə aşıladığı hücum futbolçu bizi sevindirir. Ona yeni bir illik müavilə təklif etdik".

Qeyd edək ki, 56 yaşlı Sampaoli ötən ildən "Sevilya"nı çalışdırır. Onun komandası hazırda La Liqada 3-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər