"Barselona" Enrike ilə bağlı qərarını verdi

"Barselona" Enrike ilə bağlı qərarını verdi
XƏBƏR 20 Fevral 2017 / 10:52 6455
-  A +

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu komandanın baş məşqçisi Luis Enrikenin gələcəyi ilə bağlı önəmli açıqlama verib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, 46 yaşlı mütəxəssislə yolları ayırmağı düşünmədiyini deyib: "Enrike ilə əməkdaşlığa davam etmək istəyirik. Onunla müqavilənin müddətini uzatmaq üçün apreldə görüşəcəyik. Hal-hazırda başqa planımız yoxdur".

Qeyd edək ki, "Barsa"nın L.Enrike ilə müqaviləsi bu ilin iyununda başa çatır. Kataloniya klubunun onunla yolları ayırmaq istədiyi iddia edilirdi.

Daha çox


Son xəbərlər