“Qarabağ”ın xorvat kabusu

“Qarabağ”ın xorvat kabusu
XƏBƏR 19 Fevral 2017 / 19:09 5484
-  A +

“Qəbələ”nin futbolçusu Filip Ozobiç “Qarabağ”a növbəti qolunu vurub.

Qol.az-ın xəbərinə görə, bu mövsüm xorvat futbolçu Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 3 oyunun hamısında qol vurmağı bacarıb.

O, 2016/17 mövsümündə 7-ci turda, 13-cü turda və bu gün keçirilən 19-cu turun matçında rəqibi məyus edə bilib. Ümumilikdə o, "Qarabağ"la bu mövsümdə 3 oyunda 3 dəfə fərqlənib.

Daha çox


Son xəbərlər