Premyer Liqamızda 16-cı tura yekun vuruldu

Premyer Liqamızda 16-cı tura yekun vuruldu
PREMYER LİQA 4 Fevral 2017 / 18:22 11019
-  A +

Bu gün Topaz Premyer Liqada XVI tura yekun vurulub.

Qol.az xəbərinə görə, son oyun günündə 2 qarşılaşma keçirilib.

"Zirə" öz meydanında "Kəpəz"i qəbul edib. Bu oyun turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üçün mühüm əhəmiyyət kəsb edirdi. Matçın 28-ci dəqiqəsində 10 nəfərlə qalmasına baxmayaraq, "Zirə" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda isə "İnter" səfərdə "Sumqayıt"ın qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
 



4 fevral

Topaz Premyer Liqası

XVI tur

16:30 “Sumqayıt” - “İnter” - 2:2
Qol:
Mirabdulla Abbasov, 18-pen.(1:0), İlkin Qırtımov, 48 (1:1), Rauf Əliyev, 88 (1:2), Nicat Muxtarov, 90 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”


14:00 “Zirə" - “Kəpəz” - 1:0
Qol: 
Nurlan Novruzov, 37
Qırmızı vərəqələr: Sezar Meza Kolli, 28 ("Zirə"), Renan Silva, 90+4 ("Kəpəz")
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

3 fevral

17:00 “Qəbələ” - “Neftçi” - 1:0

15:00 AZAL - “Qarabağ” - 1:2



N Klublar O Q H M T-F X
1 Qarabağ 16 11 3 2 29-7 36
2 Qəbələ 16 10 5 1 32-8 35
3 İnter 16 7 8 1 27-15 29
4 Zirə 16 6 3 7 14-16 21
5 Sumqayıt 16 4 7 5 16-21 19
6 Kəpəz 16 3 6 7 11-18 15
7 Neftçi 16 3 1 12 10-32 10
8 AZAL 16 1 5 10 8-29 8

Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol

Son xəbərlər