“Neftçi” əfsanələrinin telefon nömrələri – Şəkil

“Neftçi” əfsanələrinin telefon nömrələri – Şəkil
TARİXİN ŞƏKLİ 31 Yanvar 2017 / 15:40 14806
-  A +

“Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bu gün özünün Feysbukdakı səhifəsində tarixi şəkil paylaşıb.

Qol.az-ın xəbərinə görə, şəkildə 1966-cı ildə “Neftçi”də oynayan futbolçuların ev telefonlarının olduğu siyahı yer alıb.

Siyahıda Anatoli Banişevski, Kazbek Tuayev, Eduard Markarov, Vyaçeslav Semiqlazov, Vladimir Bruxti, Yaşar və Adil Babayevlər, Sergey Kramarenko və s. futbolçuların, komandanın məşqçi və həkiminin telefon nömrələri yer alıb.

Bu heyət 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb.

Siyıhıdan da göründüyü kimi, o dövr stasionar telefon nömrələri indiki kimi 7 yox, 5 rəqəmdən ibarət olub.

P.S. Qol.az dəqiqləşdirib ki, şəkildə yer alan telefon kitabçasını bir neçə il əvvəl kluba uzun illər "Neftçi"nin baş həkimi işləmiş Boris Xetaqurov öz şəxsi arxivindən təqdim edib.





Daha çox


Son xəbərlər