“Problemimiz olmayacaq” – “Kəpəz”in futbolçusu

“Problemimiz olmayacaq” – “Kəpəz”in futbolçusu
XƏBƏR 24 Yanvar 2017 / 16:20 1808
-  A +

“Təlim-məşq toplanışı bir həftə davam etməsinə baxmayaraq, iki həftəlik fiziki yükləməni götürdük. Məşqlərin bizim üçün faydası çox olacaq və bunun bəhrəsini çempionatda görəcəyik. Şikayətlənməyə dəyməz, əksinə bu, bizim xeyrimizədir. Bu cür toplanış fiziki hazırlığı artırmaq baxımından lazım idi”.

Qol.az-ın xəbərinə görə, bunu “Kəpəz”in futbolçusu Tural Qürbətov klubun saytına açıqlamasında deyib.

“Kəpəz” hazırlıq çərçivəsində 4 yoxlama oyunu da keçirib ki, Qürbətov 2 görüşdə əsas heyətdə meydana çıxıb: “Baş məşqçimiz bildirmişdi ki, bu matçlar bizə özümüzü göstərmək yox, daha çox fiziki yükləməni necə qəbul etdiyimizi görmək üçün idi. Odur ki, nəticə önəmli deyildi. Ağır məşqlər keçdiymizdən ayaqlarımız çox yorğun idi. Meydanda çətinlik çəkirdik. Düşünürəm ki, çempionata yaxşı hazırlaşmışıq. Belə toplanışdan sonra məncə, fiziki problemimiz olmayacaq. Hər şey özümüzdən asılıdır, psixoloji cəhətdən oyunlara hazır olmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.

Daha çox


Son xəbərlər