Superliqada növbəti baş məşqçi istefası

Superliqada növbəti baş məşqçi istefası
XƏBƏR 24 Yanvar 2017 / 14:00 3145
-  A +

Türkiyənin “Qaziantepspor” klubu baş məşqçi İbrahim Üzülməzlə yolları ayırıb.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, rəhbərliklə Üzülməz arasında görüş baş tutub və qarşılıqlı razılıqla onun müqaviləsinə  xitam verilib.

Qeyd edək ki, İ.Üzülməz ötən il dekabrın 12-də “Qaziantepspor”a baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi hər  3 oyunda məğlub olub. “Qaziantepspor” hazırda 11 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər