Mübariz Mənsimov almaniyalı məşqçilərlə maraqlanır

Mübariz Mənsimov almaniyalı məşqçilərlə maraqlanır
DÜNYA FUTBOLU 23 Fevral 2010 / 11:17 2647
-  A +

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “Beşiktaş”ın baş məşqçi postunda almaniyalı mütəxəssisi görmək istəyir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mənsimovun “sağ əli” Aladdin Aykaçın “Beşiktaş”ın futbol şöbəsinə təyinatından sonra “Qara qartal” ciddi dəyişikliklər astanasındadır.
Mübariz Mənsimovun sayəsində heyətini dünya səviyyəli ulduzla gücləndirmək istəyən “Beşiktaş” artıq mövsüm başa çatmamış yeni baş məşqçi axtarışlarına başlayıb. Klub rəhbərliyi cari mövsüm zəif təsir bağışlayan komandanın hazırkı çalışdırıcı Mustafa Dənizlini əcnəbi mütəxəssislə əvəzləmək istəyir. Əsas namizədlər sırasında isə Herd Müller, Klaus Topmöller və Tomas Dollun adı çəkilir.


Son xəbərlər