Çin klubundan Ardaya növbəti təklif

Çin klubundan Ardaya növbəti təklif
DÜNYA FUTBOLU 20 Yanvar 2017 / 10:57 4722
-  A +

Çinin ""Quançjau Everqrand" klubu "Barselona"nın futbolçusu Arda Turan üçün növbəti təklif göndərib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Çin klubu Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. İki klub arasında razılıq əldə olunsa və Arda təklifi qəbul etsə, o yeni klubunda hazırkı maaşından üç dəfə artığını qazanacaq.

Qeyd edək ki, "Barsa"nın Ardanı satacağı iddia edilir.  Klub 29 yaşlı oyunçunun satışından gələcək pulla hələ də müqavilənin müddətini yeniləmədiyi Lionel Messi ilə görüşüb ona imza atdırmağa çalışacağı bildirilir


Son xəbərlər