"Mançester Siti" braziliyalı hücumçu aldı

"Mançester Siti" braziliyalı hücumçu aldı
XƏBƏR 19 Yanvar 2017 / 17:52 4409
-  A +

"Mançester Siti" daha bir futbolçunun transferini rəsmiləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "şəhərlilər" braziliyalı hücumçu Qabriel Xesusla müqavilə imzalayıb.

20 yaşlı futbolçu 2021-ci ilin  yayına qədər "Mançester Siti"də çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümü Braziliyanın "Palmeyras" klubunda keçirən Qabriel 47 oyuna 16 qol vurub.

Daha çox


Son xəbərlər