Yaya Ture Çindən imtina etdi

Yaya Ture Çindən imtina etdi
XƏBƏR 18 Yanvar 2017 / 13:19 1843
-  A +

"Mançester Siti"nin futbolçusu Yaya Ture Çin klublarının birindən gələn təklifi rədd edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı oyunçu həftəsinə 430 min funt sterlinq qazana biləcəyi təklifi müsbət cavablandırmayıb. Y.Ture Avropada oynamaq istədiyi üçün bu qərarı verib.

Qeyd edək ki, Y.Turenin "Mançester Siti" ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

Xatırladaq ki, mövsümün əvvəlində Y.Turenin menecerinin açıqlaması səbəbindən komandanın baş məşqçisi Pep Qvardiola oyunçunu heyətdən kənarlaşdırmışdı. Y.Ture P.Qvadioladan üzr istədikdən sonra o, yenidən matçlarda iştirak edib. Baş məşqçi son 7 oyunda Y.Tureyə start heyətə buraxıb.

Daha çox


Son xəbərlər