Azərbaycanlı futbolçudan Raykaarda etiraz

Azərbaycanlı futbolçudan Raykaarda etiraz
DÜNYA FUTBOLU 22 Fevral 2010 / 13:29 2737
-  A +

Əslən Azərbaycandan olan, Türkiyə milli komandasının üzvü Sərvət Çətin dünən “Beşiktaş”a qarşı keçirilən oyun zamanı meydana start heyətində çıxmamasından narazı qalıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu səbəbdən Sərvət açıq şəkildə “Qalatasaray”ın baş məşqçisi Frank Raykarda etirazını bildirib. Matç öncəsi bütün “Qalatasaray”lılar meydana daxil olsa da, Çətin paltardəyişmə otağında qalmağa üstünlük verib. Matçın gedişində, eləcə də qarşılaşmadan sonra heç kimlə danışmayan Sərvət oyundan dərhal sonra sürətli addımlarla komandanın avtobusuna daxil olub. 

 


Son xəbərlər