Sneyder Çin klublarına şərt qoydu – 15 milyon avro

Sneyder Çin klublarına şərt qoydu –  15 milyon avro
DÜNYA FUTBOLU 7 Yanvar 2017 / 14:40 4611
-  A +

Son zamanlar adı Çin klubları ilə hallanan “Qalatasaray”ın futbolçusu Uesli Sneyder məsələyə münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi Çin klubuna müəyyən şərtlərlə keçə biləcəyini deyib:

“Çin klublarına keçməyim üçün gərək mənə çox böyük məbləğ təklif etsinlər. Məsələn, ildə 15 milyon avro versələr, 3 illik müqavilə bağlamağa razılaşaram”.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Qalatasaray”da ilinə 5 milyon avro qazanır. Onun təzminat qiyməti isə 7.5 milyon avrodur.


Son xəbərlər