Zidan: “Bu, bizim üçün final oyunudur”

Zidan: “Bu, bizim üçün final oyunudur”
XƏBƏR 7 Dekabr 2016 / 00:42 3408
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin altıncı turunda “Borussiya”ya qarşı keçirəcəkləri oyundan danışıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, fransız məşqçi Dortmund klubu ilə oyunun həlledici olduğunu söyləyib:

“Bu, bizim üçün final oyunudur. Sabahkı görüşdə məqsədimiz qalib gəlməkdir. Yalnız qələbə barədə düşünürük. Çünki məqsədimiz qrup birincisi olmaqdır. “Borussiya”ya qarşı ən yaxşı oyunumuzu göstərməliyik.

Erkən qol vurmağa çalışacağıq. Buna nail olsaq, işimiz bir qədər asanlaşacaq. Amma güclü rəqibə qarşı 90 dəqiqə diqqətli olmalısan. Görüşün çətin keçəcəyi şübhə doğurmur. Komandam döyüşə hazırdır”.
Qeyd edək ki, “Real” qrupda birinci yeri tutmaq üçün mütləq qələbə qazanmalıdır. Əks halda, qrup qalibi “Borussiya” olacaq.

 


Son xəbərlər