“Xəzər Lənkəran” “Neftçi” ilə oyuna ciddi itkiylə çıxa bilər

XƏBƏR 15 Fevral 2010 / 18:43 1813
-  A +

Premyer Liqanın növbəti turunda “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” qarşıdakı matça itkiylə çıxa bilər. Qol.Az-ın məlumatına görə, “Xəzər-Lənkəran” klubunun üzvü Denis Kalinkov səfər oyunu öncəsi problemlə üzləşib. 24 yaşlı moldovalı hücumçunun zədə səbəbindən prinsipial görüşdə iştirakı sual altındadır.
Son turda “Qarabağ”la görüşdə (0:0) 58-ci dəqiqədə meydana daxil olan Kalinkov cəmi 23 dəqiqə oynayıb. Məhz zədələndiyi üçün görüşün 81-ci dəqiqəsində əvəzlənməli olan Denis hazırda müalicə olunur.

Daha çox


Son xəbərlər