Diniyevin komandası sabahdan təlim-məşq toplanışına başlayır

Diniyevin komandası sabahdan təlim-məşq toplanışına başlayır
XƏBƏR 15 Fevral 2010 / 15:53 1790
-  A +

Milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyevin çalışdığı Rusiyanın “Terek” klubu sabahdan mövsümlərarası fasilədə sayca üçüncü təlim-məşq toplanışına start verəcək. Qol.Az-ın Qroznı klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Terek” bu gün Kislovodskdakı bazasında bir araya gəlib. Sabah isə komanda üzvləri çarter reysiylə hazırlıq keçmək üçün Türkiyəyə yollanacaqlar. Hazırlıq prosesi martın birinə kimi davam edəcək.
“Terek” eyni zamanda bir futbolçu ilə yollarını ayırıb. Son iki ildə komandanın uğurları üçün çalışan Valentin İliyev komandanı tərk edib. 29 yaşlı bolqar müdafiəçi karyerasını Rumıniyanın “Universitatya” klubunda davam etdirəcək. 

Daha çox


Son xəbərlər