“Neftçi” “Xəzər Lənkəran”la oyuna qara sarğı ilə çıxacaq

XƏBƏR 14 Fevral 2010 / 18:02 2182
-  A +

“Neftçi” klubu avtomobil qəzasında həlak olan əməkdaşlarının xatirəsini yad edəcək. Bu barədə Qol.Az- a klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Əşrəfoğlu bildirib ki, komanda fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər Lənkəran"la keçiriləcək oyuna qara sarğı ilə çıxacaq.
Bundan başqa, fevralın 18-də klubun bazasında qəza zamanı həlak olanlar üçün yas mərasimi təşkil olunacaq.
"Neftçi" klubu həmçinin yol qəzasında həlak olan əməkdaşlarının ailələrinə başsağlığı verib. Klub rəhbərliyi mərhumlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib.
Xatırladaq ki, dünən baş verən qəza zamanı "Neftçi"nin Mətbuat və İünformasiya Departamentinin əməkdaşı, jurnalist Alim Malikoğlu və kadrlar şöbəsinin işçisi Vahid Həmidov həlak olub.

 

Daha çox


Son xəbərlər