Qurban Qurbanov: “Biz o insanlardan artıq deyilik”

Qurban Qurbanov: “Biz o insanlardan artıq deyilik”
PREMYER LİQA 19 Noyabr 2016 / 20:28 5204
-  A +

“Çətin oyun oldu. Çox vacib qələbə qazandıq. Hər oyun maksimum nəticə üçün meydana çıxırıq. Futbolçularım çox əziyyət çəkdi. Ağır oyun keçdi. Milli komandalardan dönüşdən sonra çətin olur. “Slovan”la oyunöncəsi bu matç çox yaxşı oldu”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 12-ci turunun “Kəpəz”ə qarşı oyunundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin matçla bağlı suallarını cavablandırarkən deyib:

- Qola kimi hər şey istədiyimniz kimi gedirdi. Sonra rəqib sürəti artırdı. Bu bir az çətinlik yaradırdı.

- “Qarabağ”ı intizamlı komanda kimi tanıyırıq. Bu gün isə komandanız meydana sanki sarı vərəqə almaq üçün çıxmışdı...

- Düz qeyd edirsiz. Futbolçular qayda pozuntusuna az yol verməlidir. Amma bəzən olur ki, oyun çox əsəbi alınır. Rəqib də çox sarı vərəqə aldı. Biz hər zaman intizamı qoruyub saxlamağa çalışırıq.

- Bədavi Hüseynovun durumu barədə nə deyə bilərsiniz?

- Zədəsi var. Milli komandadan zədəli qayıtmışdı. Əzələsində problem var. Dünəndən məşqlərə başlayıb. “Slovan”la oyunda meydana çıxıb-çıxmayacağı hələ dəqiqləşməyib.

- Bugünlərdə fiziki məhdudiyyəti olan insanlarla görüşdüz. Əlil arabasında əyləşdikdə hansı hisləri keçirirdiz?

- Bu haqda danışmaq çətindi. Biz sağlam gəzirik. Onlar isı istədikləri hər şeyi həyata keçirə bilmirlər. Çətindi onlar üçün. Mənim üçün bu görüş insani keyfiyyətlərimi artırmaq baxımından çox böyük təcrübə oldu. Biz o insanlardan artıq deyilik. Onların hər birini çox sevdim.

- Namiq Ələsgərovun adının iştirak ərizəsində yer almamasına səbəb nədi?

- Dünən əvəzedici komandada oynayıb. Onun oyun təcrübəsinə ehtiyacı var. Əvəzedicidə pis oynamayıb. Onunla problemim yoxdur.

Məftun MAHİROĞLU


Son xəbərlər