Millinin baş məşqçisi Vaqif Cavadova görə «Tvente» rəhbərliyilə görüşüb

XƏBƏR 12 Fevral 2010 / 19:25 2352
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Vaqif Cavadova görə Hollandiyanın «Tvente» klubunun rəhbərliyi ilə görüşüb. Qol.Az-ın məlumatına görə, bu haqda Berti Foqts AFFA-nın rəsmi saytına müsahibəsində bildirib: «Burada olmasam da, orada “Tvente” rəhbərliyi ilə söhbət etmişəm. Enshede şəhəri mənim evimdən cəmi 1 saatlıq uzaqlıqdadır. Vaqif kimi gənc futbolçunun Hollandiyanın “Tvente” klubuna keçməsi yaxşı haldır. Orada tam fərqli şəraitdə, peşəkar səviyyədə məşq keçirlər. Aydın məsələdir ki, Vaqif Hollandiyada bütün oyunlarda meydana çıxmayacaq. Növbəti mövsümdən müntəzəm olaraq oynayacağını düşünürəm. Bu, Azərbaycan futbolu üçün böyük reklamdır ki, millinin oyunçusu Avropa klubunda çıxış edir» - deyə Berti Foqts vurğulayıb.

 

Daha çox


Son xəbərlər