Telman İsmayılov Premyer Liqa klubuna sponsorluq edəcək

XƏBƏR 12 Fevral 2010 / 17:02 2577
-  A +

Azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya Premyer Liqasında çıxış edən “Terek” klubuna sponsorluq edəcək. Qol.Az-ın “Sovetski Sport”a istinadən verdiyi məlumata görə, bu haqda “Terek”in vitse-prezidenti Haydar Alxanov Qroznıda keçirdiyi mətbuat konfransında deyib. “Növbəti mövsümdə iki sponsor klubun büdcəsinə böyük məbləğdə sərmayə qoyacaq. Bunlar “ZATO-Bank” və Çerkizovo bazarının keçmiş sahibi olan biznesmen Telman İsmayılovdur. İsmayılovla sponsorluqla bağlı razılıq yaxınlarda əldə olunub. “ZATO-Bank”la anlaşma isə klubumuzun prezidenti Ramzan Kadırovun vasitəçiliyi sayəsində mümkün olub. Hər iki sponsorun sərmayəsi kifayət qədər olacaq və bu, bizim kluba yeni mövsümü qayğısız keçirməyə imkan verəcək”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi