“Olimpik-Şüvəlan”ın qapıçısının cəzası niyə yüngül oldu?

XƏBƏR 11 Fevral 2010 / 14:36 1929
-  A +

AFFA İntizam Komitəsi “Olimpik-Şüvəlan”ın qapıçısı Cahangir Həsənzadəni cəzalandırıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Həsənzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
Adətən birbaşa qırmızı vərəqə alan futbolçular 1 deyil, 2 oyunluq cəzalanırlar. Qol.Az-ın müxbirilə söhbətində PFL-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Cahangir Həsənzadənin cəzasının nisbətən yüngül olmasına belə aydınlıq gətirdi: “Cahangir Həsənzadənin 1 oyunluq cəzalanması Nizam İntizam qaydalarındakı maddəylə bağlıdır. Əgər Həsənzadə qəsdən rəqibinə zərbə endirsə, hakimə qarşı qeyri-etik ifadə işlətsə və ya başqa bir səbəbə görə qırmızı vərəqə alsaydı, o zaman sizin dediyiniz kimi futbolçunun cəzası daha ağır olardı”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi