Şahin Diniyev: “Zədəlilər sağalandan sonra qələbələr gələcək”

Şahin Diniyev: “Zədəlilər sağalandan sonra qələbələr gələcək”
PREMYER LİQA 5 Noyabr 2016 / 17:03 2670
-  A +

"Matça ciddi itkilərlə çıxmışdıq. Əsas heyətin 5 futbolçusu müxtəlif səbəblərdən kənarda qalmışdı. Buna görə də əvəzedici heyətdən əsas komandaya 5 futbolçu cəlb etmişdik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 11-ci turunda “Sumqayıt”la keçirilən oyundan (0:0) sonra CBC Sport-a açıqlamasında deyib.

O, heyətlə bağlı ciddi problemlərin olduğunu bildirib:“Heyətimizdəki problemlərə görə öz oyunumuz tapa bilmədik. Azlıqda qaldıqdan sonra müdafiyə üstünlünk verdik. Bu vəziyyətdə bir xal da bizim üçün yaxşı nəticədir.

İrəli baxmalıyıq. Zədəlilərimiz sağaldıqdan sonra öz oyunumuzu göstərə biləcəyik və qələbələr gələcək”.

Son xəbərlər