Mübariz Mənsimov Krasiçi “Beşiktaş”a gətirir

Mübariz Mənsimov Krasiçi “Beşiktaş”a gətirir
DÜNYA FUTBOLU 11 Fevral 2010 / 13:35 2806
-  A +

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov növbəti dəfə verdiyi açıqlama ilə “Beşiktaş”lı azarkeşləri sevindirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Mənsimov mövsümün sonunda Moskva ÇSKA-nın ulduzu Milos Krasiçi transfer edəcəyini söyləyib.   
Xatırladaq ki, bir neçə gün əvvəl İstanbul klubuna keçirilən prezident seçkilərində Mənsimovun dəstək verdiyi Yıldırım Dəmirörən qalib gəlib. “Xəzər Lənkəran”ın fəxri prezidentinin “sağ əli” kimi tanınan Alaaddin Aykaç isə İstanbul klubunun idarə heyətrinə üzv seçilib.


Son xəbərlər