31 yaşı var. Karyerasının bəlkə də ən gözəl dövrü geridə qalıb. Amma irəlidə də ola bilər. Cəmi bir həftə əvvəl “Portu” ilə oyunda etdiyi bir kobud səhvə görə adama o söz qalmadı deməsinlər. Dünən bir penalti qaytardığı üçün tərifin uzunluğu az qala Bakıdan "Boavişta"nın təmsil etdiyi Portuya gedib çatıb.
Nə isə. Biz belə dünyada yaşayırıq... İstəyəndə göyə qaldırırıq, istəyəndə ordan endiririk.
***
4 il əvvəl Braqa şəhərindəki möhtəşəm oyunu heyran etmişdi məni. Ronaldonun da oynadığı Portuqaliya komandasının vurduğu neçə-neçə qarşısıalınmaz zərbəni dəf etmişdi. 3:0 bitmişdi həmin oyun. Kamran olmasaydı, 7:0 da ola bilərdi.
Hələ o vaxt və ondan əvvəl Avropada ən pis halda ortabab bir klubda oynamalı idi. Amma burda oyun-oyun oynayırdılar. Səhvi var idi, yox idi, başqa söhbətdi. Günün birində çıxış etdiyi klubun rəhbərliyinin beyninə nə verdisə, adamı əsas komandadan xaric edib bir neçə ay futbolsuz qoydular.
Karyerasının yaxşı vaxtı idi… Ciddi zərbə oldu onun üçün.
Üstündən xeyli keçib. İndi nə deyəsən?
Yenə Kamran oynayır. Onu futbolsuz qoyanlar hardadı, bilən yoxdu.
***
“Bakı”, “Kayserispor”, “Karşıyaka”, “İnter”… Son illər uğursuz çıxış etdiyi klubların siyahısıdır. Görün, vəziyyət hansı həddə gəlib çatmışdı ki, cəmi iki ay əvvəl “Sumqayıt”la müqavilə bağlamaq məcburiyyətində qalmışdı. Tanrı üzünə güldü, bəlkə də rəhmi gəldi. Ondakı istedadın boş-boşuna məhv olub getməsinə qıymadı. Qəfil nə baş verdisə, birdən Portuqaliya klubuna keçdi. Kimin əziyyəti olubsa, “sağ ol” deyirik. Azərbaycanın futbol bataqlığından çıxarıb Avropanın ən güclü çempionatlarından birinə göndərdilər.
Azərbaycanda heç bir futbolçu yatsa, yuxusunda da görə bilməzdi bunu.
Böyük bir şans yaranıb. İşləri də hələ ki, pis getmir.
Əsas odur meyxana mühitindən uzaqlaşıb.
Əsas odur, gec də olsa, Azərbaycanın “futbol xəstəxanası”ndan çıxıb sağlam bir futbol ölkəsinə düşüb…
Bir futbolçü üçün daha nə lazımdır ki?
Bundan sonra ancaq oynamaq. Futbolla yaşamaq. Futbolla nəfəs almaq.
Özünü sübut et, Kamran.
Sən bacararsan!
Aydın BAĞIROV
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi