Nazim Süleymanovun yubileyidir – 50 yaşı tamam olur. Bəri başdan təbriklərimizi qəbul et, maestro!
Mətbuata isə xüsusi təşəkkür: özü də, sözü də bütöv olan insana layiq olduğu əsl qiyməti verdiyi üçün...
Azərbaycanın hansısa futbolçusunun yaxın keçmişdəki xidmətlərinin bu qədər hörmətlə, sevgiylə xatırlandığını eşitmişdinizmi, görmüşdünüzmü? Mümkün deyil!
50 illik yubileyi Nazim Süleymanovun həm də həyatdakı böyük bir təntənəsinin təsdiqidir: ŞƏXSİYYƏT kimi təsdiqi...
Giley-güzar vaxtı deyil, amma...
Bax, Nazimdən nümunə götür, müasir Azərbaycan futbolçusu!
Çox yox, bir balaca futbolçu ol, bir balaca da adam!
Onda 50 yaşında bəlkə sən də xatırlandın...
Hə, onda səni hamı xatırlayacaq. Xatırlamağa məcbur olacaq.
Görürsünüz, bizim futbol çinovniklərini... Futbol qurumları, futbol klubları... Sağ olsunlar, onlar da Nazim Süleymanova hörmət qoyurlar. Amma Nazimə bu gün hədiyyədən daha çox iş lazımdır, iş! Tutub əlindən aldıqları iş!
Bizə - bizim futbola isə Nazim!
Nazim Süleymanov!
Maestroya eşq olsun!
Aydın BAĞIROV
"Liverpul"da ciddi itki
Mourinyo əsəbiləşdi
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında