Bugünlərdə bizim mediada sürətlə iki qeyri-ciddi transfer xəbəri yayıldı.
Bir: “Sabah”ın futbolçusu Özancan Kökçü “Beşiktaş”ın maraq dairəsinə düşüb.
İki: “Qarabağ” Türkiyənin üçüncü liqanın təmsilçisi oyunçusu Oğuz Aydını almaq istəyir.
Hər iki xəbərin qaynağı Türkiyə mətbuatıdır.
Bilməyənlər üçün qeyd edim ki, türklərin ictimai-siyasi mediasından fərqli olaraq, idman mətbuatı qeyri-ciddi reputasiyaya malikdir. Səbəb isə əsasən (80-90 faiz) transfer dezinformasiyalarıdır.
Həmin məlumatları media vasitəsi ilə dövriyyəyə buraxanlar hiyləgər futbol menecerləri olur. Məqsəd bir tərəfdən futbolçunun reklamı, digər tərəfdən isə onun qiymətini artırmaqdır. Məsələn, Oğuz Aydın adlı gənc oyunçunu dost-tanışı və qohum-əqrabasından başqa, Türkiyənin özündə belə tanıyan yoxdur. Futbolçu kimi hansı qabiliyyətin sahibidir, bilinmir. Amma artıq adı 6 ildir dalbadal Avropada qrup mərhələsində oynayan “Qarabağ” kimi klubla hallanır. Əslində isə “Qarabağ” nə klub olaraq özü, nə də skautları vasitəsi ilə bu oyunçu ilə danışıq aparıb.
Ümumiyyətlə, Qurban Qurbanov fəaliyyətinin digər sahələrində olduğu kimi, transfer işinə də yetərincə ciddiyyətlə yanaşır. Təsadüfi deyil ki, digər bir çox klubumuzdan fərqli olaraq, “Qarabağ” “zapravka”dan legioner gətirmir. Az oyunçu və keyfiyyətli futbolçu alır. Düzdür, bu futbolçuların az bir qismi tələb olunanın qarşılığını verə bilməyib. Amma bu, transfer məsələsində Qurban Qurbanovun dəqiq və peşəkar münasibətinə kölgə sala bilməz.
Elə isə aşağı səviyyəli oyunçuların adı niyə “Qarabağ”la hallanır? Bildiyimə görə, hər il avropalı menecerlər Ağdam klubuna 200-250 futbolçu təklif edir. Klubun skautları onların arasından keyfiyyətcə yüksək səviyyəsi olan 5-10 nəfərin ümumi siyahısını məşqçilər heyətinə təqdim edir. Prosesin yekun mərhələsində onlardan 4-5 nəfər seçilir və baş məşqçinin təlimatı ilə klub səviyyəsində futbolçu ilə rəsmi danışıqlar başlayır. Razılığa gəlinən oyunçu ilə müqavilə bağlanır. Yəni güman ki, sözügedən futbolçu və onun kimi digərləri də “Qarabağ”ın skautlarına təklif olunub. Amma indiyədək hər təklif edilən futbolçu alınsaydı, “Qarabağ”da da “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə”dəki kimi bir zamanlar mövcud olmuş əsl xaos hökm sürər, klub yeyinti yuvasına çevrilərdi…
İndi gələk Özancan Kökçüyə.
Onun adı bu dəfə Türkiyə nəhəngi “Beşiktaş”a “transferi” ilə gündəmə gətirildi. 2 il əvvəl Türkiyə mediası yazmışdı ki, bu oyunçu “Tottenhem”ə keçə bilər. Amma elə oldu ki, Ozancan Londona “gedəsi” olmadı, Masazıra, yəni “Sabah” gəldi. İnsafən, 22 yaşlı bu futbolçu istedadlı oyunçudur, üzərində çox çalışsa, yaxşı klublarda oynamağa da layiqdir. Amma yaxşı olardı ki, sərt üzünü göstərərək gərək menecerlərinə adını belə ucuz xəbərlərdə, dedi-qodularda hallandırmağa imkan verməsin. Özünü ona kökləyə ki, “Sabah”da (ya da gələcəkdə başqa hansısa klubda) 15 oyuna 1 yox, 10-15 qol vursun.
Çünki “Beşiktaş”a, lap elə “Tottenhem”ə qol vurmaqla getmək olar, şaka yapmaqla deyil.
Aydın BAĞIROV
Noyerdən yeni rekord
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"
Romario karyerasını bərpa etdi
Futbolçu oyun zamanı infarkt keçirdi, dünyasını dəyişdi
Azərbaycan millisinin rəqibi 2 yoldaşlıq oyunu keçirəcək
Mbappe İbrahimoviç və Şevçenkoya çatdı
Luis Enrike: "Mbappe əvvəldən sona qədər əsl lider idi"
"Azərbaycanda rəqibləri topu "Qarabağ"dan ala bilmirlər"
"Daha deyəcək bir şey yoxdur" - Simeone
"Hakim hər şeyi məhv etdi" - Xavi
“Borussiya”dan möhtəşəm geridönüş, Simeone çökdü - Video
PSJ “Barselona”nı nokauta saldı - Video
ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi
"Milan" onunla müqaviləni uzatdı
Asiya Çempionlar Liqasının oyunu təxirə salındı
"Cəbrayıl" 3 qolla qalib gəldi - Video
"Millidə görüləsi işlər çoxdur" - Vitali Borisov
Azərbaycan futzal millisi Gürcüstana yenə uduzdu
Cavid İmamverdiyev poker etdi - Video
"Cəbrayıl" və "Kür-Araz"dan səfər qələbəsi