“Qarabağ”ın Lüksemburqda 2 gündür məskunlaşdığı “Hilton” oteli hər yeri meşə ilə əhatələnmiş, tərtəmiz havası olan sakit bir ərazidə yerləşir. Yüklənmiş beyni refreş etmək üçün arzuolunan bir məkandır.
Bildiyimə görə, 1-2 saat sonra bütün komanda da ənənəvi şəhər gəzintisi üçün mərkəzə deyil, məhz elə yaxınlıqdakı bu “yaşıl zona”ya üz tutacaq. Bu axşam oyundur axı. Futbolçuların fiziki durumu ilə yanaşı, zehni vəziyyəti də formada olmalıdır. Qurban Qurbanovun da istədiyi elə budur. O, dünən mətbuat konfransında belə bir fikir səsləndirdi ki, futbolçularının rəqib “Düdelanj”a ciddiyyətlə yanaşdığına əmindir. Və bunu ona görə söylədi ki, yeganə narahat olduğu məqam bizdə Lüksemburq çempionuna qrupun autsayder kimi yanaşılmasıdır. Qurban müəllimin fikirlərində həqiqət var, eyni zamanda azarkeşlərin haqlı qələbə tələbi, komanda üzərindəki təzyiqləri də başadüşüləndir ki, bunlara konkret bir-iki faktla toxunmaq istəyirəm.
“Düdelanj” kənardan qiymətləndirildiyi kimi qətiyyən zəif deyil və rəqibə bu gün komandayla yanaşı bizim futbol ictimaiyyəti də ehtiyatla yanaşmalıdır. Komanda dalbadal iki dəfə Avropa Liqasında qrupda oynayır (Lüksemburqun tarixində hələ belə şey olmayıb), üstəgəl bu dəfə qrupun ilk matçında Kiprdə APOEL-ə qalib gəliblər. Məqsədləri odur ki, “Qarabağ”ı da udub, mövqelərini daha da gücləndirsinlər və yekunda ən azı qrup ikincisi kimi 1/16 finala vəsiqə qazansınlar. “Düdelanj” rəhbərliyi ilə dünənki ayaqüstü söhbət zamanı onlarda aşıb-daşan bu həvəsi görməmək mümkün deyildi.
Amma istənilən halda “Qarabağ” həm heyətinə, həm büdcəsinə, həm idarəetməsinə, həm də şəraitinə görə “Düdelanj”dan çox üstədir. Şəraitdən söz düşmüşkən, bu gün matçın keçiriləcəyi "Jozi Bartel" stadionu bizim “Bakcell Arena”, hətta “Bayıl Arena”ya belə yaxın dura bilməz. Həm görünüşünə, həm də digər texniki detallara görə. Səkkiz mindən bir qədər artıq tamaşaçı tutumu olan stadionda paltardəyişmə otaqları çox yığcamdı, meydançanın durumu qaneedici deyil, mətbuat konfransı üçün isə bizdəki kimi ayrıca təmtəraqlı zal yoxdur. “Zal”dakı pivə çəlləyidən, böyük “Coca-cola” soyuducusundan və köhnə stol-stullardan mətbuat konfranslarının arenanın kafesində təşkil olunduğunu təxmin etmək çətin deyildi. Amma bunu təbii qəbul etməliyik. Lüksemburq futbol ölkəsi olmayıb. Yalnız son illər bir az irəliləyiş hiss olunur. Qeyd olunduğu kimi, “Düdelanj” 2 ildir Avropada qrupda oynayır. Milli komandaları öz qrupunda hazırda 4 xal toplayıb. Yəni bizdən 3 xal artıq. Deməli, bəzən futbolu heç də şərait oynamır.
Yenə də Qurban Qurbanovun hər nə qədər müəyyən narahatlıqları olsa da, “Düdelanj”ı elə onun öz meydanında udmaq olar. Əgər xal itkisi qeydə alınarsa, normal tənqidlərə də, azarkeşin qəzəblənməsinə də haqlı əsas olacaq. Amma ümid edək, bunların heç biri olmayacaq. Qurban Qurbanovun dediyi kimi, bugünkü görüşlə bağlı pis nəticəni ağlımıza belə gətirməyək. Oyunu gözləyək. Mən isə bu kiçik ötəri yazıya burada nöqtə qoyaraq anons edim ki, növbəti yazılar Lüksemburqa və bizi bu ölkəyə gətirən təyyarədəki maraqlı söhbətlərə həsr olunacaq.
Aydın BAĞIROV
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə