AFFA-nın özünün rəsmi təsdiq etdiyi məlumata əsasən, millimizin üzvlərinə Litva ilə yoxlama oyunundakı heç-heçəyə görə pul mükafatı ayrılıb. Mükafatın məbləği, futbolçulara bildirildiyinə görə, əsas heyətin hər bir oyunçusu üçün 5 min manat təşkil edir.
Deməli, məşqçi heyəti və bütün komanda üzvlərini də nəzərə alsaq, ümumi məbləğ 100 min manatı keçir. 100 min manatla Azərbaycanın bölgələrində batmaqda olan uşaq futbolunu dirçəltmək üçün nələr etmək olardı, yaxud bir mənasız yoxlama oyununa görə bu qədər pul ayırmaq AFFA-dakı hansı düşüncəsiz fikir istehsalçısının məhsuludu, bu ayrı söhbətin mövzudu. Yenə də o 5000 min manata qayıdaraq qeyd edək ki, əslində həmin mükafat bir deyil, iki matç üçün nəzərdə tutulub: 2 min manat Xorvatiyaya uduzduğumuz “Avro-2020”nin rəsmi, 3 min manatsa Litva ilə yoxlama oyununa görə. Amma biz yenə də rəsmi qaynağa istinad edərək yalnız Litva ilə matçın üzərində dayanacağıq.
Bilməyənlər üçün sadə dildə izah edək ki, Litva futbolda bizdən də pis vəziyyətdədi. Hətta o qədər pis vəziyyətdə ki, FİFA-nın reytinqində Azərbaycandan düz 30 pillə geridə, 138-ci yerdədi. Amma dərd orasıdı ki, onları da uda bilmirik. Udmadığımız bu oyuna görə isə futbolçuları mükafatlandırırıq. Yəni əsl məsxərə, hoqqabazlıq.
Əslində millimizdə uğursuz nəticələrə görə mükafat verilməsi ənənəsi yeni deyil. AFFA-nın hazırkı rəhbərliyinin əsasını qoyduğu bu idiotizm hələ Coko Haciyevskinin (Finlandiya ilə səfərdə, 1:2) dövründən başlayaraq Berti Foqtsun (Uels və Rusiya ilə səfərdə, 0:1) zamanında da davam edib. Hazırkı çalışdırıcı Nikola Yurçeviçi gətirəndən sonra isə bərpa ediblər. Gördüyünüz kimi, siyahıda Robert Prosineçki ilə Qurban Qurbanovun adı yoxdu. Sonuncunun dövründə hətta Millətlər Liqasındakı rəsmi oyunlarda qazanılan 2 qələbəyə görə vəd olunan mükafatlar belə futbolçulara ödənilməyib. Bu da ona gətirib çıxarıb ki, deyilənə görə, Dmitri Nazarovun səbr kasası daşıb, Kosovo ilə son matç öncəsi AFFA rəhbərliyindən, “Bəxtiyar” filmindəki kontrabasçısayağı tələb edib ki, pulumu verin.
Yeri gəlmişkən, həmin oyundan öncə və ümumiyyətlə, Millətlər Liqasının bütün gedişatı zamanı Elxan Məmmədov istisna olmaqla, AFFA rəhbərliyindən heç kim – nə prezident Rövnəq Abdullayev, nə də vitse-prezidentlər Elşad Nəsirovla Rauf Əliyev bir dəfə də olsun milli komandanın üzvləri ilə görüşürək onların yanında olublar.
Amma doğrudur, Millətlər Liqasının final mərhələsinə düşməməyimizin əsas məsuliyyəti birinci növbədə Qurban Qurbanovun üzərindədi. Sonra futbolçuların. Ən çox da o vaxt “Qarabağ”ın həmin matçda iştirak edən bütün oyunçularının – Maksim Medvedyevin, Bədavi Hüseynovun, Qara Qarayevin, Mahir Mədətovun, Araz Abdullayevin... Heç biri hələ ölkə bir yana, ən azı onlara illərdi mənəvi və maddi dəstəyi ilə böyüklük edən Q.Qurbanovun yolunda sonadək can qoymadılar, qoya bilmədilər, xarakter, iradə göstərmədilər.
Amma AFFA rəhbərliyi də mələk deyil. Uğursuzluğa görə hamısı bir-birinə zəncirvari bağlıdı – məşqçilər, futbolçular, rəhbərlik. Hərçənd, necə deyərlər, daha qatar gedib. Qurban Qurbanov da. Gələcəyə az-çox bəslənən ümidlər də...
İndi yeni mərhələ, yaxud tamaşa, tragikomediya başlayıb. Yayxanın və baxın. İstəsəz, gülün, istəsəz ağlayın...
Aydın BAĞIROV
[email protected]
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi