Yazının başlığı “Neftçi”- media münasibətlərindən bixəbər olan siravi azarkeşi aldada bilər. Əlbəttə, futbol tariximizin 80 yaşlı ən köklü klubunun bugünkü qara günə düşməsində yazıq jurnalistin nə günahı ola bilər ki?
Amma nə hikmətdirsə, öz qapısından 8 qol buraxmağın hesabatını SOCAR-a vermək məqamı gələndə klubdakı bəzi adamları xodlayıb salır(dı)lar jurnalistlərin (bəzi hallarda da azarkeşlərin) üstünə. Yadınıza gələr, “Neftçi”ni guya ağ günə çıxarıb, sonra da voleybolumuzu düzəltməyə gədən (voleyboldakılar da deyəsən, elə futboldakılar ağlındadı) Elnur Məmmədovun idarəçiliyi vaxtında duzlu-məzəli bir əhvalat olmuşdu. “Qəbələ”yə 0:8 hesablı ağlamalı məğlubiyyətdən sonra klubdakı yoldaşlar yekə bir bəyanat hazırlamış, Müşahidə Şurasının o vaxtkı üzvü Bəhram Bağırzadə isə bunu öz adından Feysbuk səhifəsində yayımlamışdı. Bəyanatda 0:8-in bütün məsuliyyəti az qala jurnalistlərin üzərinə atılmışdı ki, bəs siz reketsiniz, hamınız pula işləyirsiniz, bizi sevmirsiniz, sevsəydiniz, tənqid etməsəydiniz, indi azı Çempionlar Liqasının qrupundaydıq. Media da elə sanmışdı ki, Bəhram müəllimin KVN-çi yüksək yumor hissi fontan vurub və bəyanata elə bəyanatla cavab verib soruşmuşdu ki, rəis, axı 0:8-in pula, reketliyə nə dəxli? Nəysə, o dedi, bu dedi, axırda pulu həqiqətən də basıb yeyənlər “Neftçi”dən aradan çıxdılar, 0:8 hesabını da yüklədilər jurnalistlərin boynuna...
Həmin oyundan hardasa il yarım vaxt keçib. Bu yaxınlarda “Neftçi” yenə 8 top buraxaraq uduzub. Həmin oyun da olub rusların “SKA-Xabarovsk” klubu ilə Antalyada, bundan xəbəriniz var. Ertəsi günü bir qrup kasıb jurnalist öz şəxsi vəsaiti hesabına Antalyanın bu başından vurub o biri başına gedib ki, bəs burda bizim “Neftçi” adlı komandamız var. Oyunlarına baxaq, müsahibələr edək, “Neftçi”nin azarkeşinə məlumat verək. Amma başqa bütün klublarımızdan fərqli olaraq, bunlar üzlərinə də baxmayıb. Deyiblər, müsahibə olmaz. Tərlan Əhmədov danışmayıb, futbolçularına da danışmağa icazə verməyib. Rəhbərlik də südəmər quzu kimi sakitcə durub qıraqda. Rəhbərlik – yəni prezident Orxan Hüseynzadə və vitse-prezident Elnur Eyvazov. Jurnalistlərin qarşısına çıxıb ictimaiyyət üçün bir-iki cümlə danışmağa söz tapa bilməyiblər bu adamlar. Əlbəttə, 1:8 axı mənasız layihələrin təqdimatı mərasimi deyil ki, boş-boş danışıb camaata yuxu gətirəsən.
Və gələk Tərlan Əhmədova. Nəyə görəsə axır vaxtlar media -“Neftçi” qadağalarını ifrat səviyyəyə çatdırır. Düzdü, futbolçuların oyunlara yaxşı köklənməsi, gələcək uğurlu nəticələr üçün qadağalar tətbiq edilməlidi, əsasən də rəsmi oyunlar ərəfəsində (necə ki, bunu əsasən “Qarabağ” edir və çox vaxt da faydasını görür). Bunu hazırlıq prosesi zamanı da etmək olar və edilməlidi, amma yerində, şitini çıxarmadan, ən başlıcası jurnalistə dövlətin qanunları ilə verilən informasiya almaq hüququnu məhdudlaşdırmadan.
Amma yəqin, “Neftçi”nin rəhbərliyi və Tərlan Əhmədov birdən-birə yüksək Avropa standartları tədbiq etmək eşqinə düşüb. Əla! Amma bu yola media ilə problemli münasibətləri gücləndirməklə yox, komandaya laqeyd və məsuliyyətsiz yanaşmanı, kif atmış idarəçilik sistemini dəyişməklə başlayırlar, yoldaş Əhmədov və sayın başkan!
Aydın BAĞIROV
[email protected]
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi