Bu şəkil 1968-ci ildə İmarətdə çəkilib. Ağdamın «Qarabağ» komandasıdı. Bəzi yoldaşlar iddia edirlər ki, Ağdam klubu 1987-ci ildə «Qarabağ» adı ilə təsis olunub və "Qarabağ» adını alıb. Amma şəkildə görürsünüz, hamının sinəsinə «Q» hərfi yazılıb, yəni «Qarabağ» sözünün baş hərfi.
Bu şəkil çəkiləndə mən 8-ci sinifdə oxuyurdum. «Qarabağ»ın məşhur hücumçusu Şəfəq Hümbətəliyevlə həm qonşu idik, həm də qohum. Futbola gedərkən onun idman çantasını daşımağı şərəf bilərdik və bu idman çantasının üstündə də dava-qırğın salardıq. Bu şəkli mənə kim bağışlayıb, dəqiq yadımda deyil, amma güman ki Ağdamın Lobanovskisi olan Adil Nadirovdan gəlmiş olar.
Şəklin çəkildiyindən 49 il keçir. Təbii ki, çoxlarını tanıya bilmədim, amma tanıdıqlarımı qeyd edirəm. Yuxarıdan soldan: Ramiz müəllim, sonra məşqçi oldu və rəhmətə gedənə qədər də komandanın, belə demək olarsa, meneceri idi. Üçüncü: Saşadı (Hüseyn Əhmədov), qapıçıydı. Bir ara «Neftçi»nin də şərəfini qorudu. Yadımdan çıxıb. Moskvanın hansısa klubunda da oynadı, sonra futbolu atdı. Beşinci: Elxan Güldü (Elxan Quliyev), ən çox qol vuran hücumçumuz idi, qolları da Pelesayaq vurardı. Ona görə deyirdilər: gül kimi vurur qolu. Adının ardına bir gül sözü əlavə eləmişdilər – Elxan Gül. Altıncı: Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdu.
Aşağıdan soldan ikinci: Natiqdi, qapıçıydı. Sonradan rəssam oldu və çox cavan rəhmətə getdi. Üçüncü: Rəfael Kərimovdu, vurub-tutan oğlanıydı, o da rəhmətə gedib. Beşinci: Şəfəq Hümbətəliyevdi, o da bir ara «Neftçi»yə dəvət olundu, amma «Neftçi»də oyunu alınmadı. Çünki «Neftçi»də həmin vaxt əjdahalar oynayırdı, yenidən qayıtdı «Qarabağ»a. Altıncı: Əlövsətdi, ləqəbi qaraçı. Sağ kənar yarımmüdafiəçisiydi, hər mövsümdə də öz qapımıza beş-altı top vurardı. Saşa da az qalırdı salsın şapalağın altına ki, ə, qaraçı oğlu, qaraçı, bunu elə vur tuta bilim də. Amma həqiqətən «Qarabağ»ın vurduğu qolların az qala 30-40 faizində onun əməyi vardı, yəni komandanın Özili idi. Təəssüf ki, qalanların adlarını yada sala bilmədim, məni bağışlasınlar.
Qoy qalanların adlarını da «Qol.az»ın baş redaktoru Aydın Bağırov axtarıb tapsın.
Aqil ABBAS
"Roma"nın Lukaku qərarı
"Yuventus"a Ronaldo şoku
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar