Dünən Mərdəkandakı “Dalğa Arena”da U-15 liqanın final oyununda baş verənlər Azərbaycan futboluna növbəti qara ləkəni vurdu. Bəzən biz mətbuatı qınayırlar ki, qalmaqala qaçırıq, tənqid yazırıq, sensassiya axtarışındayıq, inkişafı görmürük, filan. Yaxşı, ey qələm əhlinə bu ittihamları yönəldənlər, siz deyin, dünən baş verənlərə nə ad vermək olar? Sizcə, bu, biabırçılıq deyil, bəs nədir?
15 yaşlı uşaqların final qarşılaşmasından sonra kütləvi dava-dalaş olub. Burada hamının günahı var, “Bakı”nın da, “Neftçi”nin də, AFFA-nın da. Ümumiyyətlə, son baş verənlər bir daha göstərdi ki, bəzilərinin çıxıb pafoslu-pafoslu “futbolumuz inkişaf edir” deməyi ilə deyil. Hələ biz peşəkarlığın normal qaydalarını özümüzdə tətbiq edə bilmirik. Əgər ölkənin iki iddialı, adının qarşısında “peşəkar” sözünü yazan klubunun qarşılaşması əlbəyaxa dava ilə yekunlaşırsa, burada hansı peşəkarlıqdan danışmaq olar? İndi burada hərə özünü təmizə çıxarıb günahı qarşı tərəfin üstünə atır Amma, əlahəzrət fakt biabırçılığın olduğunu göstərir.
Həm “Neftçi”yə, həm də “Bakı”ya hörmətimiz, hər iki klubla münasibətimiz var. Amma,baş verənlər hər iki klubun imicinə zərbədir. Azərbaycanın gələcəyi hesab olunan futbolçular bu gün əlbəyaxa olursa, hansı parlaq gələcəyə ümid etmək olar? Görəsən, bu klublarda təlim-tərbiyə işləri ilə məşğul olan var? Əgər “razborka” 1-2 nəfərin arasında olsa, hardasa demək olardı ki, 1-2 nəfərə görə, ümumi komandaya ləkə yaxmaq düzgün olmazdı. Axı, ortada kütləvi dava-dalaşdan söhbət gedir. Bir daha deyirəm, şəxsən mən, hər iki klub adına böyük təəssüf hissi keçirdim.
Bəli, “Neftçi” son illər uşaq futboluna ciddi diqqət yetirir, yeniyetmə futbolçular arasında təşkil olunan çempionatlarda yaxşı nəticələr qazanır, “Bakı”nın gördüyü işlər, qurduğu infrastruktur da göz önündədir. Amma, görünür, bu klublar nizam-intizam baxımından hələ çox iş görməlidir.
Bir neçə kəlmə də AFFA haqqında. Çünki çempionat bu qurumun bayrağı altında keçirilir. Deməli, baş verən biabırçılıqlara görə onlar da məsuliyyət daşıyır. Məsələyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov olanları kəskin şəkildə pisləyib və günahkarların mütləq öz cəzalarını alacağını deyib. Çox gözəl. Bizim də istədiyimiz budur. Amma, bir məsələ var. Gərək nəsə ola ki, ağlımız başımıza gələ? Qarşıdan 17 yaşadək qızlar arasında dünya çempionatı gəlir. Daha sonra 2016-cı ildə daha bir mötəbər yarışa -17 yaşadək oğlanlar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. 2020-ci ildə böyüklər arasında Avropa çempionatını qəbul etməyə iddialıyıq. Axı, bu qədər iddialı olan federasiya hər addımında diqqətli olmalıdır. Sabah UEFA görsə ki, heç biz 15 yaşlı futbolçuların final görüşünü təşkil edə bilmirik, bizə Avropa çempionatının final mərhələsini həvalə edər? Bu gün polis 50-60 azarkeşin qabağını ala bilmirsə, sabah 30000-40000-lik kütlənin qarşısını necə alacaq?
Bizdə olan məlumata görə, dünənki qarşılaşmada cəmi 20-25 polis işçisi olub. Hansı çempionatın finalında asayişi 20 polis qoruyur? Görünür, ötən ay “Bakı” - “Qəbələ” matçında baş verənlərdən örnək götürən olmayıb.
Sonda deməyim odur ki, kəmiyyətə hesablanmış addımlar atıb bunu keyfiyyət göstəricisi kimi millətə sırımayaq. Bəli, AFFA bütün yaş qrupları üzrə çempionat keçirir. Amma, dünənki hadisə göstərdi ki, təşkilatçılıqla bağlı yetərincə problem var və bunlar mütləq aradan qaldırılmalıdır.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq