Neymarın durumu açıqlandı

Neymarın durumu açıqlandı
XƏBƏR 29 Oktyabr 2020 / 22:00 2638
-  A +

PSJ-nin ötən gün Çempionlar Liqasının qrup mərhələsində “Başakşəhər”lə oyunda (2:0) bud əzələsindən zədələnən futbolçusu Neymarın durumuna aydınlıq gəlib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Braziliyalı oyunçu Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda “Leypsiq”lə, Liqa 1-də isə “Nitsa” və “Renn”lə görüşləri buraxacaq.

Neymar xəsarət aldığı üçün sözügedən qarşılaşmanın 26-cı dəqiqəsində əvəzlənmiş və meydanı göz yaşları ilə tərk etmişdi.

Qeyd edək ki, Neymar yeni mövsüm Liqa 1-də 4 oyuna çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı