Reşforddan Çempionlar Liqası rekordu

Reşforddan Çempionlar Liqası rekordu
XƏBƏR 29 Oktyabr 2020 / 17:59 2603
-  A +

“Mançester Yunayted”in futbolçusu Markus Reşford Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.

Qol.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leypsiq”lə matçda (5:0) nail olub. Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.


Son xəbərlər