"Yuventus"dan İsko üçün 40 milyon avro

"Yuventus"dan İsko üçün 40 milyon avro
XƏBƏR 29 Oktyabr 2020 / 16:03 1659
-  A +

"Real"ın futbolçusu İsko karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az "Don Diario"ya istinadən xəbər verir ki, "Yuventus" 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bildirilib ki, Turin təmsilçisi ispan oyunçunu yanvarda 40 milyon avroya transfer etməyi planlaşdırır.

Xəbərdə İskonun "Real"ın baş məşqçisi Zinəddin Zidanın planlarına daxil olmadığı, bu səbədən onun qışda transferinə müdaxilə etməyəcəyi vurğulanıb.

Qeyd edək ki, İsko ilə "Everton" və "Sevilya"nın da maraqlandığı iddia olunur.

Daha çox


Son xəbərlər