“Zirə”nin yeni rekordçusu

“Zirə”nin yeni rekordçusu
XƏBƏR 26 Oktyabr 2020 / 15:25 1341
-  A +

“Zirə”nin futbolçusu Cəlal Hüseynov Azərbaycan Premyer Liqasında debüt edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 7-ci turun “Qarabağ”la ev oyununda (0:0) meydana çıxıb. Start heyətində şans qazanan müdafiəçi qarşılaşmada 90 dəqiqə iştirak edib.

Cəlal “Zirə”nin tarixində Premyer Liqada meydana çıxan ən gənc futbolçudur. O, 17 yaş 9 ay 23 günlüyündə rekorda imza atıb. Buna qədər rekord 19 yaş 4 ay 12 günlüyündə Premyer Liqa görüşündə iştirak edən Rafael Məhərrəmliyə məxsus idi.

Bunadək Azərbaycan kubokunda forma geyinmiş Hüseynov klub tarixinin mütləq rekordçudur. O, 16 yaş 11 ay 1 günlüyündə rəsmi matça çıxıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı