"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"

"Qarabağ"la oyunu kənardan izləmək çətin idi"
XƏBƏR 25 Oktyabr 2020 / 12:29 1439
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi"nin (Təl-Əviv) baş məşqçisi Yorqos Donis Ağdam təmsilçisi ilə matçdan (1:0) danışıb.

Qol.az İsrael mətbuatına istinadən xəbər verir ki, cəza səbəbindən oyunda texniki zonada yer almayan 51 yaşlı yunanıstanlı baş məşqçi görüşü kənardan izləməyin çətin olduğunu vurğulayıb:

"Bəzən kənardan baxanda müəyyən üstünlüklər olur. Amma oyunçuların məşqçinin yaxınlığını hiss etmələri vacibdir. Bu baxımdan çətin oldu. Lakin önəmli olan qələbə qazanmağımızdır".

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi ilə Təl-Əviv təmsilçisinin arasında növbəti matç 3 dekabrda oynanılacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord