Suares xeyriyyə üçün 1000 burger aldı

Suares xeyriyyə üçün 1000 burger aldı
XƏBƏR 24 Oktyabr 2020 / 13:49 1557
-  A +

“Atletiko”nun futbolçusu Luis Suares xeyriyyə məqsədi ilə 1000 burger alıb.

Qol.az xəbər verir ki, bu barədə “McDonald`s” şirkətinin Tvitter səhifəsi məlumat yayıb.

33 yaşlı hücumçu qida şirkətinin Uruqvayda keçirdiyi təqdimat çərçivəsində 4.75 avro qiyməti olan 1000 burger alıb. Bu satışdan gələn gəlir uşaqlar evinə bağışlanılıb.

Oyunçu isə aldığı bütün burgerləri Pando şəhərinin gənclər liqasında olan uşaqlara göndərib.

Qeyd edək ki, L.Suares ötən ay “Barselona”dan “Atletiko”ya keçib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı