"Messi "Barselona"dan getsə, bu, bizim üçün dram olmayacaq"

"Messi "Barselona"dan getsə, bu, bizim üçün dram olmayacaq"
XƏBƏR 24 Oktyabr 2020 / 09:59 2495
-  A +

“Uzun illər onun oyunundan zövq aldıq. Amma bundan sona Messi özü nə edəcəyini düşünməlidir. O, “Barselona”nı tərk edərsə, nüfuzu zərər görər”.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri La Liqanın prezidenti Xavier Tebas Lionel Messinin “Barselona”dan ayrılma ehtimalından  danışarkən  deyib. O,  33 yaşlı hücumçunun Kataloniya klubundan gedişinin turnir üçün dram olmacayacağını vurğulayıb:

“Messi komandadan getsə, bu, bizim üçün dram olmayacaq. Ronaldo “Yuventus”a, Neymar PSJ-yə getdi. Liqa 1 və ya  A Seriyasının məhz buna görə ən yüksək səviyyəyə çatdığını düşünmürəm. Bu, reallıqdır. Futbolçuların çempionluğu müəyyənləşdirdiyini düşününən insanlar səhv edirlər”.


Son xəbərlər